IMG-LOGO

Ekvador hərbçiləri donuz fermasından 22 ton kokain müsadirə edib

23.01.2024 05:37 45 baxış
IMG

Ekvador ordusunun əsgərləri hərbi kəşfiyyatdan alınan məlumatdan sonra Los-Rios əyalətindəki fermada qiyməti bir milyard ABŞ dollarından çox olan 22 ton kokain aşkar ediblər.

"Report"un məlumatına görə, bu barədə ölkənin silahlı qüvvələrinin “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.

"Estero Laqartoda aparılan hərbi əməliyyatın nəticələri indiyədək aşağıdakıları üzə çıxarıb: 733 torbaya qablaşdırılmış təxminən 22 ton kokain hidroxlorid. Güman edilir ki, narkotik vasitə yüngül mühərrikli təyyarə ilə Asiya, Avropa, Şimali və Mərkəzi Amerika bazarlarına çatdırılacağı planlaşdırılıbmış”, - paylaşımda qeyd olunur.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti