Çinin cənub-qərbindəki Yunnan əyalətində torpaq sürüşməsi baş verib.
Lent.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə nəticəsində 11 nəfər ölüb.
Hadisə yerində 1000-dən çox insanın axtarış-xilasetmə işləri aparılır, işə hərbçilər cəlb olunub.
Daha əvvəl dağıntılar altında qalan 47 nəfərdən 8-nin öldüyü bildirilirdi.