IMG-LOGO

Almaniyanın minlərlə sakini yenidən sağçı ekstremizmə qarşı aksiya keçirib

23.01.2024 04:55 47 baxış
IMG

Almaniyanın minlərlə sakini növbəti dəfə müxtəlif şəhərlərində sağçı ekstremizmə qarşı etiraz aksiyalarında iştirak edib.

"Report"un məlumatına görə, bu barədə DPA məlumat yayıb.

Hamm və Zoet (Şimali Reyn-Vestfaliya) şəhərlərində nümayişlərə ümumilikdə 8 min adam qatılıb. Veymarda (Türinqiya əyaləti) aksiyaya 1 000, Qrayfsvaldda (Meklenburq-Ön Pommern əyaləti) təxminən eyni sayda nümayişçi toplaşıb. Paderbornda (Şimali Reyn-Vestfaliya) mitinq sağçı populist "Almaniya üçün Alternativ" partiyasına qarşı yönəlib və 5 minə yaxın insan iştirak edib.

Aksiyalar zamanı heç bir ciddi insident qeydə alınmayıb.

Xatırladaq ki, ötən həftənin sonunda Almaniyada sağ ekstremizmə qarşı keçirilən onlarla aksiyada 1 milyona yaxın insan iştirak edib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti