IMG-LOGO

Qazaxıstanda güclü zəlzələ: 8 nəfər...

23.01.2024 05:03 46 baxış
IMG

Qazaxıstanda 6,7 maqnitudalı zəlzələ olub.

Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Yeraltı təkanlar Almatı şəhərində 4 maqnituda da hiss edilib.

Bir çox şəhər sakini kifayət qədər güclü təkan hiss etdikdən sonra evlərini tərk edib.

Respublika Fövqəladə Hallar Nazirliyinin Milli Elmi Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi 10-dan çox yeraltı təkan olduğunu bildirib.

Qazaxıstana eniş etməli olan 4 təyyarə zəlzələ səbəbindən Almatı hava limanına vaxtında enə bilməyib.

Almatıda binanın ikinci və üçüncü mərtəbələrindən tullanana səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəbər lenti