IMG-LOGO

İlham Əliyev: Azərbaycanla Ermənistan arasında normallaşma ticarət münasibətlərinin yaranmasında da özünü göstərir

22 Jan 2026 16:47 2 baxış
IMG

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərir.

"Report"un İsveçrəyə ezam olunan müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda ABŞ Prezidenti Donald Trampla görüşündə deyib.

Azərbaycan Prezidenti regionda artıq sülhün mövcud olduğunu diqqətə çatdırıb.

İlham Əliyev bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğuladı.

Xəbər lenti