IMG-LOGO

Ursula fon der Lyayenə qarşı dördüncü etimadsızlıq cəhdi uğursuz nəticələnib

22 Jan 2026 15:37 2 baxış
IMG

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə son yeddi ay ərzində etimadsızlıq göstərmək üçün dördüncü cəhd uğursuz nəticələnib.

"Report"un Avropa bürosu xəbər verir ki, Avropa Parlamentinin cümə axşamı keçirilən plenar iclasında deputatlar səs çoxluğu ilə bir daha Komissiyanın hazırkı tərkibinə dəstək veriblər.

Etimadsızlıq votumunun əleyhinə 390 deputat çıxış edib, 165 avropalı deputat isə fon der Lyayeni dəstəkləyib və 10 nəfər bitərəf qalıb. Qərarın qəbul edilməsi üçün verilən səslərin üçdə ikisi tələb olunurdu.

Məlumata görə, fon der Lyayenə qarşı etimadsızlıq votumu MERCOSUR bloku ilə sazişin imzalanması səbəbindən təşəbbüs edilmişdi. Təklif sağçı və ultra-sağçı "Patriots for Europe" (PFE) qrupları tərəfindən təqdim edilib.

Qeyd edək ki, bu artıq PFE-nin Avropa Komissiyasının sədrinin istefasına nail olmaq üçün üçüncü uğursuz cəhdidir. Bununla yanaşı qrup Avropa İttifaqı (Aİ) -MERCOSUR sazişinin ratifikasiyasının təxirə salınmasına nail olub: sənəd Aİ müqaviləsinə və digər prosedur tələblərinə uyğunluğunun yoxlanılması üçün Avropa məhkəməsinə göndərilib.

Xəbər lenti