"Lənkəran" heyətinə yeni basketbolçu qatıb.
Bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib.
Komanda 26 yaşlı kanadalı basketbolçu Rahem Sallivan ilə anlaşıb.
Onun son klubu Gürcüstanın "Burji Telavi" komandası olub.
Qeyd edək ki, Rahem Sallivan "Lənkəran"nın qış fasiləsindən sonra ilk transferi olub.