IMG-LOGO

Fərid Məmmədov: Qarabağ Regional DOST Mərkəzi ötən dövdə 180 min vətəndaşa xidmət göstərib

22 Jan 2026 16:01 2 baxış
IMG

Qarabağ Regional DOST Mərkəzi ötən dövrdə 180 minə yaxın vətəndaşa xidmət göstərib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Qarabağ Regional DOST Mərkəzinin Tərtərdə DOST filialının açılışı çərçivəsində jurnalistlərə açıqlamasında DOST Agentliyi İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

O, yeni filialın vətəndaşlara 14 istiqamət üzrə 125 xidmət göstərəcəyini qeyd edib:

"Qarabağ Regional DOST Mərkəzinin Tərtər filialı müasir üslubda, konstruktivlik formatında təmir edilən ikimərtəbəli binada yerləşir, ümumi sahəsi 680 kvadratmetrdir. Tərtər filialı ümumilikdə vətəndaşlara bizim 14 istiqamət üzrə 125 xidmət göstərəcək. Filialda gün ərzində 80, bəzi hallarda isə 170 nəfərə xidmət göstərmək mümkün olacaq".

F.Məmmədov filialın binasında xidmət zallarından başqa inzibati sahələrin olduğunu da vurğulayıb:

"Qeyd edim ki, DOST Agentliyi bu günə qədər 4,2 milyondan çox vətəndaşa xidmət göstərib. Xüsusilə, Qarabağ Regional DOST Mərkəzi ötən dövrdə 180 minə yaxın vətəndaşa qeyd elədiyim istiqamətlər üzrə xidmətlər təqdim olunub. Filialda doqquz əməkdaş çalışacaq. Eyni zamanda, filialın arxa zallarında xidmət strukturu üzrə bölmələr fəaliyyət göstərəcək. Əsas məqsəd sosial müdafiə və əmək münasibətləri sahəsində vətəndaşların yüksək keyfiyyətli xidmətlərlə təmin edilməsidir".

Xəbər lenti