IMG-LOGO

Tərtərdə DOST filialının açılışı olub

22 Jan 2026 15:00 8 baxış
IMG

Tərtər rayonunda Qarabağ Regional DOST Mərkəzinin DOST filialı fəaliyyətə başlayıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, filialın açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Tərtər rayonunun rəhbər şəxsləri filialda yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

Rayonda DOST filialının yaradılmasının əhaliyə göstərilən dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, müasir, çevik, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına xidmət etdiyi vurğulanıb.

Tərtərdə açılan DOST filialının iki mərtəbədən ibarət binası modern və konstruktivlik elementlərlə müasir üslubda layihələndirilib. Burada gün ərzində orta hesabla 80-dək vətəndaşın qəbulu nəzərdə tutulur.

Qeyd edək ki, ümumilikdə indiyədək Bakı və bölgələrdə 7 DOST Mərkəzi, 2 DOST filialı, "Smart DOST" xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib.

Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə də DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır.

Xəbər lenti