Konqo Demokratik Respublikasında sərnişinləri daşıyan yük maşınının dərəyə düşməsi nəticəsində 18 nəfər ölüb, daha 21 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə AP agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, yük maşınının sürücüsü Konqonun cənub-qərbində Kasanqulu şəhəri yaxınlığında magistral yolda yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.
Bizim Telegram kanalımıza abunə olun