IMG-LOGO

Çində 7 maqnitudalı zəlzələ baş verib

22.01.2024 23:13 85 baxış
IMG

Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 maqnitudada zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Aksu vilayətindən 121 km qərbdə və Almatıdan 270 km cənub-şərqdə yerləşir, ocağı isə 9 km dərinlikdədir.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti