Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutuna yeni icraçı direktor təyin olunub.
Lent.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə iqtisad üzrə fəlsəfə doktoru, dosent Famil Vəli oğlu Rüstəmov təyin edilib. O bu təyinatadək institutun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2023-cü ildən indiyədək İnstitutda icraçı direktor vəzifəsi vakant idi. 2023-cü ilədək isə İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyev olub. O, 12 il əvvəl - "Elm və Təfəkkür" Universitetinin rektoru olduğu dövrdə qətlə yetirilən prorektor Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilərək 2023-cü ildə məsuliyyətə cəlb edilib və 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmənin hökmü ilə 14 il 6 ay azadlıqdan məhrum edilib.
Famil Rüstəmov
Qətl törədən rektor prorektorun qətli Emin Əmrullayev