Finlandiyanın Baş naziri Petteri Orpo 25-28 yanvar tarixlərində Çinə rəsmi səfər edəcək.
"Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər Çinin Baş naziri Li Tsyanın dəvəti ilə həyata keçiriləcək. Digər təfərrüatlar açıqlanmır.