Azərbaycanda cari il əməyin mühafizəsi sahəsində daha 60 standartın tətbiqi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda bu sahədə 167 standart tətbiq edilir:
"110 yeni dövlət standartı qəbul olunub və bununla da 2024-2025-ci illər ərzində əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb".