IMG-LOGO

İsveçrədən Azərbaycana gətirilən uşaq qidasının bəzi partiyasında çirkləndirici aşkarlanıb

22 Jan 2026 11:30 4 baxış
IMG

İsveçrədən Azərbaycana idxal edilən "Swissneo 1" uşaq qidasının 09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli məhsul partiyasında "Sereulid" çirkləndiricisi aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sözügedən mövzu ilə bağlı Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə agentliyə bildiriş daxil olub.

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Qeyd edək ki, "Sereulid" düzgün saxlanmayan qidalarda yaranan, istiliyə davamlı və sağlamlıq üçün təhlükəli bakterial toksindir.

Xəbər lenti