Vitamin D əvəzolunmaz qida maddəsidir. Onu qida vasitəsilə, qida əlavələrindən və ya günəş şüalarının təsiri ilə əldə etmək mümkündür. Bəzi balıq növləri xüsusilə vitamin D ilə zəngindir.
Lent.az xəbər verir ki, vitamin D yağda həll olunan vitamindir və kalsiumun mənimsənilməsi, həmçinin orqanizmin böyüməsi üçün vacibdir. O, xüsusilə yağlı balıqlarda olur. Orqanizmi bu vitaminlə təmin etmək üçün mütləq rasiona daxil edilməli olan 6 balıq növü:
1) Göy qurşağı foreli (radujnaya forel)
Bu balığın 85 qramında 16,2 mikroqram vitamin D var. Qeyd olunur ki, bu porsiya gündəlik normanın 81%-ni təmin edir. Göy qurşağı foreli təkcə vitamin D ilə deyil, həm də faydalı yağlar, zülal və digər vitaminlərlə zəngindir. Üstəlik, onun teksturası yumşaqdır və dadı xoş, yüngüldür.
2) Skumbriya
85 qram skumbriyada 16,1 mikroqram vitamin D mövcuddur. Bu balıq həm də omeqa-3 yağ turşuları ilə zəngindir. Omeqa-3 ürək xəstəlikləri riskini azaltmağa, həmçinin demensiya və Altsheymer xəstəliyinin yaranma ehtimalını aşağı salmağa kömək edə bilər.
3) Qızılbalıq (losos)
85 qram qızılbalıqda 14,2 mikroqram vitamin D var. Vəhşi qızılbalıqda bu vitamin fermada yetişdirilən qızılbalıqdan daha çox olur. Baltik dənizindən tutulan qızılbalığın bir porsiyasında 556–924 beynəlxalq vahid (IU) vitamin D ola bilər. Qızılbalıq B qrupu vitaminləri ilə də zəngindir. Bu vitaminlər hüceyrələrin böyüməsi və DNT-nin bərpası üçün vacibdir, həmçinin sinir sisteminin sağlamlığını yaxşılaşdıra bilər.
4) Sardina
İki sardinada təxminən 1,2 mikroqram vitamin D olur. Sardina həmçinin omeqa-3 yağ turşuları, B qrupu vitaminləri, zülal və kalsiumla zəngindir.
5) Tun balığı
85 qram tun balığında 1 mikroqram vitamin D var. Həmçinin onun tərkibində A vitamini və zülal mövcuddur. Vacib məqam: tun balığı tərkibində ağır metal olan civə daşıya bilər və bu, zamanla ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də daha az civə ehtiva edən açıq rəngli konserv tun seçmək məsləhətdir. Ekspert vurğulayır ki, hamilə və ya süd verən qadınlara tun balığını yeməmək daha yaxşıdır.
6) Siyənək (seld)
85 qram siyənəkdə 4,5 mikroqram vitamin D var. Bundan əlavə, onun tərkibində zülal, kalsium, fosfor, kalium və faydalı yağlar mövcuddur. Marinad edilmiş siyənəkdə natrium (duz) da çox ola bilər. Buna görə yüksək təzyiqi olanlar və ya duz qəbulunu azaltmalı olanlar bu yeməkdən uzaq durmalıdır.
Vitamin D-nin faydası
Vitamin D qida, əlavələr və ya günəş vasitəsilə əldə edilə bilən əvəzolunmaz qida maddəsidir.
Orqanizmə vitamin D aşağıdakı proseslər üçün lazımdır:
kalsiumun mənimsənilməsi
sümüklərin böyüməsi və möhkəmlənməsi
iltihabın azalması
immun sisteminin dəstəklənməsi
Sağlıq faydalı balıq növləri