IMG-LOGO

NTD klubu heyətinə yeni basketbolçu qatıb

22 Jan 2026 10:57 3 baxış
IMG

NTD klubu heyətinə yeni basketbolçu qatıb.

"Report" xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Avstraliyalı oyunqurucusu Cessi Gi mövsümün sonunadək komandada çıxış edəcək.

30 yaşlı basketbolçu son olaraq Avstraliyanın "Diamond Valley Eagles" klubunun şərəfini qoruyub.

Xatırladaq ki, Cessi Gi 2023/2024 mövsümündə "Xırdalan" klubunda çıxış edib.

Xəbər lenti