IMG-LOGO

Saleh Məmmədov Xızıda vətəndaşları qəbul edəcək

22 Jan 2026 09:29 3 baxış
IMG

Sabah Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Xızıda vətəndaşları qəbul edəcək.

"Report" Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da rayon mərkəzindəki Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Xızı və Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Xızı rayonu "1 №-li Yol İstismarı" və Siyəzən rayonu "2 №-li Yol İstismarı" MMC-lərdə öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Xəbər lenti