IMG-LOGO

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında X turun matçları baş tutacaq

22 Jan 2026 10:02 3 baxış
IMG

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında X turun matçları baş tutacaq.

"Report" xəbər verir ki, kişilərin yarışında "Neftçi" "Azərreyl"lə üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında start götürəcək.

Qadınların mübarizəsində isə tura saat 16:00-da "Azərreyl" - "Gəncə" matçı ilə start veriləcək. Günün ikinci görüşü saat 18:00-da "Abşeron" və "DH Volley" arasında baş tutacaq.

Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

Xəbər lenti