Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verməyin cəriməsi ilə bağlıdır.
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobili idarə etmək üçün verməyin məsuliyyəti nədir?
Lent.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.
bir sual - bir cavab sürücülük vəsiqəsi