IMG-LOGO

ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi özünə yeni iş tapıb

22 Jan 2026 08:30 4 baxış
IMG

ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi elçisi Kit Kelloq Amerikanın lobbiçilik və kommunikasiya şirkəti BGRGroup-da yeni iş tapıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin direktoru Devid Urban sosial media səhifəsində məlumat verib.

"Dostum Kelloqun indi BGRGroup-dakı həmkarım olması ilə inanılmaz dərəcədə qürur duyuram! O, 58 ildən çox ölkəmizə şərəflə xidmət edib. Əvvəlcə təltif olunmuş döyüş veteranı, sonra isə görkəmli dövlət qulluqçusu kimi", - deyə o, bildirib.

Şirkətin veb saytında qeyd olunub ki, Kelloq şirkətin məsləhət şurasında vəzifəni qəbul edib və ABŞ-ın milli təhlükəsizlik siyasəti, müdafiə texnologiyaları və beynəlxalq təhlükəsizlik məsələlərinə diqqət yetirəcək.

Xəbər lenti