ABŞ Prezidenti Donald Trampın tarif təhdidlərindən imtina etməsindən və Qrenlandiyanın müttəfiqindən zorla alınmasını istisna etməsindən sonra dollar möhkəmlənib, qızıl ucuzalşıb və fond bazarları yüksəlib.
"Report" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
"Mən bunu etməyəcəyəm. Yaxşı? İndi hamı deyir ki, "Əla". Bu, yəqin ki, verdiyim ən vacib açıqlama idi, çünki insanlar güc tətbiq edəcəyimi düşünürdülər. Mənim güc tətbiq etməyimə ehtiyac yoxdur, güc tətbiq etmək istəmirəm və etməyəcəyəm", - deyə Tramp bildirib.