Qrenlandiya ilə bağlı dəhşətli ssenarinin qarşısı alınıb, lakin problemin həlli barədə danışmaq hələ tezdir.
"Report"un məlumatına görə, bu barədə Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb "The Wall Street Journal"a verdiyi müsahibədə bildirib.
"Məncə, əvvəlcə üç ssenari var idi: yaxşı, pis və dəhşətli. Yaxşı ssenari mövcud vəziyyətdən çıxış yolu tapacağımızı və bir növ Arktika təhlükəsizliyinə aparan bir prosesə başlayacağımızı nəzərdə tuturdu. Pis ssenari Avropa ilə ABŞ arasında tarif müharibəsinin şiddətlənməsini əhatə edirdi və dəhşətli ssenari, əlbəttə ki, hərbi ələ keçirmə idi. Əlbəttə ki, vəziyyətin həll olunduğunu düşünmürəm, amma əsas gərginlik aradan qalxdı; dəhşətli mərhələyə keçməyəcəyik. İndi yaxşı və dəhşətli ssenarilər arasında bir yerdəyik", - deyə Finlandiya prezidenti qeyd edib.