ABŞ-nin Qrenlandiya ilə bağlı razılaşması Vaşinqtonun adanın kiçik əraziləri üzərində nəzarəti ələ keçirməsini özündə ehtiva edə bilər.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Ağ Ev lideri Donald Trampın 21 yanvarda gələcək razılaşmanın müəyyən edildiyini açıqlaması ərəfəsində, NATO hərbi rəsmiləri Danimarkanın ABŞ-nin Qrenlandiyanın kiçik əraziləri üzərində suverenliyini təmin edəcəyi bir kompromis ehtimalını müzakirə etdilər.
Belə ki, bu kompromis ehtimalına ABŞ-nin adada hərbi bazalar tikməsi daxildir. Adı açıqlanmayan üç rəsminin sözlərinə görə, NATO-nun baş katibi Mark Rütte bu tip razılaşmanı dəstəklədiyini bildirib.
Qəzetin mənbələri bunu Britaniyanın xaricdəki ərazisi hesab edilən Kiprdəki Britaniya bazaları ilə müqayisə ediblər. Lakin bu ideyanın Tramp tərəfindən elan edilən konsepsiyanın bir hissəsi olduğu məlum deyil.