IMG-LOGO

Naxçıvanda bank əmanətləri 49 %-dən çox artıb

21 Jan 2026 16:00 2 baxış
IMG

2025-ci il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 36,4 milyon manat əmanəti olub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, 1 il əvvələ nisbətən 49,3 % çoxdur.

Əmanətlərin 94,1 %-i milli, 5,9 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 48,1 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 72,3 % artıb.

Xəbər lenti