IMG-LOGO

Meymunçiçəyinin yeni təhlükəli növü tapıldı

21 Jan 2026 11:43 3 baxış
IMG
3 0

Hindistanın Kerala ştatında meymunçiçəyi xəstəliyinin yeni təhlükəli ştammı aşkarlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, alimlərin apardığı genetik araşdırmaya görə yayılma xaricə edilən səfərlərlə əlaqəlidir və xəstəlik insandan insana ötürülür. Bu nəticə Hindistan Tibb

Araşdırmaları Şurasının virusologiya institutunun, eləcə də bir sıra diaqnostik laboratoriyaların mütəxəssisləri tərəfindən aparılmış birgə tədqiqatın nəticəsidir.

Müəyyən edilib ki, söhbət daha əvvəl Afrikada aşkarlanmış Clade Ib ştammından gedir — bu ştamm yüksək virulentliyi ilə seçilir və insandan insana asanlıqla ötürülür. Təsdiqlənmiş diaqnozu olan 10 xəstədən 9-nun, məlum olduğu kimi, xaricə səfər etdiyi müəyyənləşib.

Meymunçiçəyi nadir virus xəstəliyidir və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. Xəstəlik yüngül keçdikdə, adətən, öz-özünə sağalır və 2–3 həftə davam edir.

meymunçiçəyi

Xəbər lenti