Soyuqların başlaması ilə soyuqdəymə, qrip və virus infeksiyalarına yoluxma riski xeyli artır.
Lent.az xarici mediaya istinadən xəbərinə görə, həkimlər qış fəslində insanları evlərdə sadə, amma təsirli bir dəyişiklik etməyə çağırır və hesab edirlər ki, məktəblər də bu nümunəni izləməlidir.
Həkimlər otaqların mütəmadi havalandırılmasının vacibliyini vurğulayıblar. Onlar bildirirlər ki, bu, mövsümi xəstəliklərin profilaktikasında əsas qaydalardan biridir, lakin bir çox insan hələ də bunu görməzlikdən gəlir.
Qışda otaqları havalandırmaq niyə vacibdir?
Virus hissəcikləri, xüsusilə qapalı məkanlarda uzun müddət havada qala bilər. Pəncərə və ya qapının açılması onların konsentrasiyasını əhəmiyyətli dərəcədə azaldır. Mütəmadi havalandırma təkcə ictimai məkanlar üçün deyil, yaşayış yerləri üçün də faydalıdır.
Bu təcrübə Almaniyadan gəlir və Stoßlüften adı ilə tanınır. Bu üsul pəncərələrin 5–10 dəqiqə tam açılaraq hava axını (skvoznyak) yaradılmasını nəzərdə tutur. Belə havalandırma nəmişliyi azaltmağa, kifin yaranmasının qarşısını almağa və istiliyi ciddi itirmədən hava keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
Mütəxəssislər otağı gündə 1–2 dəfə - səhər, yemək bişirdikdən sonra və ya duş qəbul etdikdən sonra havalandırmağı tövsiyə edirlər.
sağlamlıq qış otağı havalandırma