IMG-LOGO

Buzlu yollar 15 nəfəri xəstəxanalıq etdi

21 Jan 2026 09:36 2 baxış
IMG
4 0

Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib.

Lent.az-a institutdan bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik müşahidə olunub.

Müraciət edənlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.

buz yıxılma

Xəbər lenti