Yaponiyanın sabiq baş naziri Şinzo Abenin qatili Tetsuya Yamaqamiyə ömürlük həbs cəzası verilib.
"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunub ki, məhkəmədə təqsirləndirilən şəxs günahını etiraf edib.
Məhkəmə prosesi oktyabr ayından dekabra qədər davam edib, bu müddətdə 15 iclas keçirilib.