IMG-LOGO

Polşanın cənubunda sərnişin qatarı relsdən çıxdı

21 Jan 2026 05:48 2 baxış
IMG
1 0

Polşanın cənubunda regional elektrik qatarı relsdən çıxıb. Lent.az xəbər verir ki, bu barədə Polşanın infrastruktur naziri Darius Klimçak məlumat verib. Hadisə nəticəsində qatarda olan sərnişinlər xəsarət almayıb.

Nazirin "X" hesabında paylaşdığı məlumata görə, yerli vaxtla saat 21:00-dan sonra Mexuv–Slomniki sahəsində, Varşava–Krakov dəmir yolu xəttində Polregio şirkətinə məxsus sərnişin qatarının bir hissəsi relsdən çıxıb.

Qatarda təxminən 20 nəfər olub, hadisə nəticəsində xəsarət alan qeydə alınmayıb. Faktla bağlı araşdırma aparılır.

polşa qatar

Xəbər lenti