IMG-LOGO

İspaniyada dəmir yolu qəzası baş verdi, ölən və yaralılar var

21 Jan 2026 04:51 4 baxış
IMG
2 0

İspaniyada yeni dəmir yolu qəzası baş verib.

Lent.az xəbər verir ki, axşam saatlarında Barselona yaxınlığında sərnişin qatarı uçmuş dayaq divarı ilə toqquşduqdan sonra relsdən çıxıb. Qəza nəticəsində qatarın maşinisti həlak olub, daha 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, qəzaya son günlər yağan güclü yağışlar nəticəsində dəmir yolu xəttinin kənarında yerləşən dayaq divarının uçması səbəb olub. Hadisə Kataloniyanın Sant-Sadurni d’Anoia və Gelida stansiyaları arasında qeydə alınıb. Qeyd edək ki, bir neçə gün öncə İspaniyada iki qatarın relsdən çıxması nəticəsində 42 nəfər ölüb. 

ispaniya qəza

Xəbər lenti