IMG-LOGO

NYT: Qərb Aşdod limanı vasitəsilə Qəzzaya humanitar yardım çatdırmaqda israrlıdır

22.01.2024 06:01 51 baxış
IMG

ABŞ, Böyük Britaniya və Avropa rəsmiləri humanitar yardımın Aşdod limanı vasitəsilə Qəzza zolağına daxil olması üçün İsrailə təzyiq edir.

"Report" xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-nin dövlət katibi Entoni Blinken yanvarın əvvəlində Tel-Əvivdə İsrail hakimiyyətinin nümayəndələri ilə danışıqlar zamanı bu məsələni qaldırıb. Qərbin planına görə, mallar İsrailin Aşdod limanına, oradan isə Kerem Şalom keçid məntəqəsinə və Qəzzaya daşınacaq.

Nəşr yazır ki, razılığa gəlmək yolunda kiçik bir addım İsrailin Aşdod limanı vasitəsilə Fələstin əhalisinə un tədarükünə icazə verməsi olub.

BMT-nin Baş katibi Antoniu Quterreş dəfələrlə bəyan edib ki, Kerem Şalom və Rəfah keçid məntəqələrinin imkanları Fələstin əhalisinin ehtiyaclarını ödəmək və humanitar fəlakəti həll etmək üçün yetərli deyil.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti