IMG-LOGO

Mask prezident seçkilərində Baydenə səs verməkdən imtina edib

22.01.2024 04:31 48 baxış
IMG

Amerikalı iş adamı və “SpaceX”in qurucusu İlon Mask qarşıdan gələn prezident seçkilərində ABŞ-nin hazırkı prezidenti Cozef Baydenə səs verməyi planlaşdırmadığını açıqlayıb.

“Report” xəbər verir ki, sahibkar sosial şəbəkədə Ağ Evin hazırkı sahibini dəstəkləmək istəmədiyini yazıb.

Milyarder “CNBC”yə verdiyi müsahibəyə həsr olunmuş postun altında müvafiq şərh dərc edib. Jurnalistlərlə söhbəti zamanı Mask 2020-ci il seçkilərində Baydenə səs verdiyini etiraf edib.

“Bu dəfə Baydenə səs verəcəyimi təsəvvür edə bilmirəm”, – biznesmen vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti