IMG-LOGO

Pentaqon Somali sahillərində yoxa çıxan iki ABŞ əsgərinin öldüyünü elan edib

22.01.2024 04:10 53 baxış
IMG

ABŞ Müdafiə Nazirliyi yanvarın 11-də Somali sahilində Ədən körfəzində yoxa çıxmış ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı iki əsgərini ölü hesab edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilib.

“Təəssüflə bildiririk ki, 10 gün davam edən hərtərəfli axtarışdan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı iki əsgəri tapılmayıb və hazırda ölü hesab edilir”, – sənəddə qeyd olunub.

Bildirilib ki, hərbçilər İran istehsalı olan silahları daşıyan gəmiyə minərkən yoxa çıxıblar.

Xatırladaq ki, daha öncə “The Washington Post” mənbələrinə istinadən iki əsgərin Somali sahilində gəmiyə minmək istəyərkən suya düşdüyünü yazıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti