İrlandiyanın paytaxtı Dublində paytaxtın hava limanına həyata keçirilməsi planlaşdırılan 114 eniş və uçuş qasırğa səbəbindən ertələnib.
“Report” xəbər verir ki, bu barədə Dublin Aeroportu sosial şəbəkədə bildiriş yayıb.
Qeyd olunub ki, təxirə salınmış reyslərdən 58-i eniş, 56-sı uçuş olub. Təxirə salınmış reyslərin sayının artacağı istisna edilməyib.
“Reuters”in xəbərinə görə, İrlandiyanın milli meteorologiya xidməti “Met Eireann” bazar günü səhər ölkənin əksər hissəsi, o cümlədən Dublin üçün narıncı hava xəbərdarlığı edib ki, bu da küləklərin insanlara, əmlaka və ərazidəki fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini ifadə edir.
Qərb və şimal-qərb hissələri daha şiddətli qırmızı xəbərdarlığa məruz qalıb.
Bizim WhatsApp kanalımıza abunə olun