IMG-LOGO

Dünyanın ən seksual alimi köpək balığı ovuna çıxdı

20 Jan 2026 19:34 3 baxış
IMG
0 0

“Dünyanın ən seksual alimi” kimi tanınan tədqiqatçı, yazıçı və bikini modeli Rozi Mur məşhur “Çənələr” (Jaws) trillerindən tanınan “Orka” gəmisinin eynisi olan qayıqla köpək balığı ovuna çıxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Mur sosial şəbəkədəki səhifəsində bildirib ki, o, kinodakı gəminin dəqiq surəti olan və 9 il ərzində inşa edilən bu qayıqda elmi ekspedisiyaya yollanıb. Qayığın yaradıcısı onu köpək balıqlarının öyrənilməsi və qorunması ilə məşğul olan Ocean First Institute adlı elmi-tədqiqat təşkilatının bioloqlarına təqdim edib.

Mur izah edib ki, o və həmkarları yırtıcı balıqları tutur, hər birini qısa müddətdə yoxlayır, onların üzərinə fərdi nişan (etiket) bağlayır və sonra yenidən okeana buraxırlar. Tədqiqatçı həmçinin insanların köpək balıqlarını yalnız qanlı-canlı yırtıcı kimi görməsi fikrini dəyişmək istədiyini deyib.

Mur 20 yaşında Florida Atlantik Universitetinə daxil olub və ekologiya ixtisasını öyrənməyə başlayıb. Daha sonra o, təhsilini aspiranturada davam etdirib. Əsas diqqətini su resurslarının tədqiqinə, coğrafi informasiya sistemlərinə (CİS) və Yer kürəsinin məsafədən zondlanması texnologiyalarına yönəldib.

Tədqiqatçı və model olan Mur öz populyarlığından istifadə edərək Dünya okeanı sakinlərinin qorunması ilə bağlı ideyaları geniş şəkildə təbliğ edir.

Ən seksual alim Roze Mur köpək balıqları akulalar

Xəbər lenti