Çexiya 2024-cü ilin mart ayının sonuna kimi ABŞ ilə 24 ədəd F-35 səsdən sürətli qırıcıların alınmasına dair müqavilə bağlayacaq.
“Report” xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.
Qırıcı təyyarələrin alınması 2023-cü ilin sentyabrında Çexiya hökuməti tərəfindən təsdiqlənib. Müqavilə üzrə ümumi xərclər, agentliyin məlumatına görə, 150 milyard kron (təxminən 6,5 milyard dollar) təşkil edəcək. Bu, Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatı olacaq. Praqa martdan əvvəl ABŞ ilə müqavilənin imzalanacağını istisna etmir. Konkret tarixlər təyin edilməyib.
Bizim WhatsApp kanalımıza abunə olun