Filippinin cənubundakı Davao bölgəsində torpaq sürüşməsi və güclü daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Milli Fəlakət Riskinin İdarə Edilməsi Şurasının (NDRRMC) məlumatına görə, Davao-de-Oro əyalətində 13, Davao şəhərində isə iki nəfər həlak olub.
Qurum Mindanao adasındakı Davao bölgəsində 5 əyalətdə güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrindən 349 mindən çox insanın zərər çəkdiyini açıqlayıb.
Güclü leysanların bölgədə sel və torpaq sürüşməsinə səbəb olduğu bildirilir.
Bizim Telegram kanalımıza abunə olun