“ABŞ prezidenti Donald Tramp Amerika hərbçilərinə Qrenlandiyaya müdaxilə (işğal) əmri versə, bu, müharibə olacaq və biz bir-birimizə qarşı vuruşacağıq”.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Danimarka parlamentinin müdafiə komitəsinin rəhbəri Rasmus Yarlov CNN-ə müsahibəsində bildirib.
“Biz, əlbəttə ki, Qrenlandiyanı müdafiə edəcəyik. Əgər Amerika əsgərləri tərəfindən işğal olarsa, müharibə olacaq”, — deyə o bildirib və əlavə edib ki, Danimarka ABŞ-ın hərbi baxımdan üstünlüyə malik olduğunu anlayır.
Onun sözlərinə görə, buna baxmayaraq Qrenlandiyanı ələ keçirmək cəhdləri ABŞ üçün yenə də fəlakətlə nəticələnəcək.
Qrenlandiya ABŞ Danimarka