IMG-LOGO

Suriyada 1500 İŞİD yaraqlısı həbsxanadan qaçdı

20 Jan 2026 12:05 6 baxış
IMG
0 0

Təxminən 1500 İŞİD döyüşçüsü Suriyanın şimal-şərqində yerləşən həbsxanadan qaçıb.

Lent.az xəbər verir ki, bu barədə “Rudav” telekanalına kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nümayəndəsi Fərhad Şami məlumat verib.

O əlavə edib ki, qaçanlar qruplaşmalara qoşulublar.

Bundan əvvəl bildirilmişdi ki, silahlı dəstələr Suriyanın Əl-Hasəkə vilayətində yerləşən, minlərlə İŞİD döyüşçüsünün saxlanıldığı Əş-Şəddadi həbsxanasına hücum edirlər.

Yanvarın 18-də SDQ və Suriyanın keçid hökuməti 14 bənddən ibarət razılaşma imzalayıb. Bu razılaşma hökumət qüvvələrinin ölkənin şimal-şərqinə iki həftə davam edən hücumunu yekunlaşdırıb. “Suriya Demokratik Qüvvələri” Rakka və Deyr-əz-Zor vilayətlərini dərhal hökumətin nəzarətinə verməyə razılaşıb. Hökumət qüvvələri artıq əsas obyektləri, o cümlədən Tabqa bəndini və “Əl-Ömər” neft yatağını nəzarətə götürüblər.

Suriya İŞİD

Xəbər lenti