IMG-LOGO

Trampdan məktub: Nobel vermədiz, daha sülhü düşünməyə borclu deyiləm

20 Jan 2026 08:23 3 baxış
IMG
0 0

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona verilməməsindən narazılığını ifadə edib və artıq yalnız sülhü düşünmək məcburiyyətində olmadığını bildirib.

Lent.az xəbər verir ki, Tramp bu barədə Norveçin baş nazirinə göndərdiyi məktubda söz açıb.

Tramp, bundan sonra ABŞ üçün nəyin daha doğru və faydalı olduğunu əsas götürəcəyini deyib.

O, həmçinin, Qrenlandiyanın ABŞ-nin iştirakı olmadan Rusiya və ya Çindən qoruna bilməyəcəyini iddia edərək, Danimarkanın bu ərazi üzərində mülkiyyət haqqını sual altına alıb.

“Cənab Jonas, ölkənizin səkkiz müharibəni dayandırdığım üçün mənə Nobel Sülh Mükafatını verməmək qərarına gəldiyini nəzərə alsaq, artıq yalnız sülh haqqında düşünməyə borclu deyiləm, baxmayaraq ki, sülh həmişə qalib gəlməlidir. İndi Amerika Birləşmiş Ştatları üçün nəyin yaxşı və doğru olduğunu düşünə bilərəm”, - məktubda deyilir.

Tramp Nobel

Xəbər lenti