IMG-LOGO

İsrail ordusu İordan çayının qərb sahilində reyd keçirir

21.01.2024 06:32 55 baxış
IMG

İsrailin silahlı qüvvələri İordan çayının qərb sahilində, Xevron şəhərində reydlər həyata keçirir.

"Report"un məlumatına görə, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin hərbi birləşmələri şəhərin rayonlarından birində yol qovşağında cəmləşib. Bundan əlavə, hərbi karvan şəhər istiqamətində hərəkət edir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib, bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox insanın girov götürülməsi ilə nəticələnib.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti