Qlobal Cənub ölkələri xalqların sülh hüququnu müdafiə etmək üçün birgə işləyə bilər.
"Report"un məlumatına görə, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto “X” sosial şəbəkəsində yazıb.
"Yalnız birlikdə qlobal Cənub ölkələri xalqların və dövlətlərin sülh şəraitində yaşamaq hüququnu qoruya bilər", - Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Nazir vurğulayıb ki, Qoşulmama Hərəkatı əbədi müharibənin tərəfdarı olanlara qarşı mübarizədə mərkəzi rolu öz üzərinə götürməli və yaranmaqda olan yeni çoxqütblü dünyanın güclənməsinin qarşısını almağa çalışır.
Bizim Telegram kanalımıza abunə olun