IMG-LOGO

Slovakiyanın Baş naziri ABŞ-la müdafiə sazişindən narazı qalıb

21.01.2024 03:53 45 baxış
IMG

Slovakiyanın Baş naziri Robert Fiço bildirib ki, Bratislava ABŞ ilə müdafiə sazişində qeyd olunan bəzi şərtlərlə razı deyil.

"Report"un məlumatına görə, o, bu barədə RTVS telekanalında danışıb.

Onun sözlərinə görə, Bratislava müqaviləni Çexiyanın əvvəllər imzaladığı müqavilə ilə təhlil və müqayisə edib. O, sənədin slovak versiyasının “bir çimdik suverenlik olmadan” olduğunu vurğulayıb. Fiço vurğulayıb ki, müqavilə tamamilə sərbəst hərəkətdən bəhs edir.

Baş nazir əlavə edib ki, hər hansı bir Amerika karvanı gəlsə, heç kim onun qarşısını ala bilməyəcək, onların nə daşıdığını heç kim bilməyəcək.

O əlavə edib ki, Slovakiyanın müzakirəyə açacağı bir neçə məqam var.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti