Fələstinlilər üçün tam hüquqlu müstəqil dövlət yaratmaq təhlükəlidir.
“Report” xəbər verir ki, bunu İsrailin energetika naziri Eli Koen “X”dəki səhifəsində bildirib.
Onun fikrincə, belə bir addım “terrorun mükafatı” olacaq və yəhudi dövləti üçün daimi təhlükə yaradacaq.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb. 10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb.
Bizim Telegram kanalımıza abunə olun