Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ordunun sayını artırmaq və nazirliyin əvvəlki rəhbərliyinin silah tədarükü ilə bağlı bağlanmış müqavilələri qorumaq planlarını açıqlayıb.
Bu barədə “Report” PAP agentliyinə istinadən xəbər verir.
"Biz ordunun şəxsi heyətinin sayını, eləcə də əməliyyat imkanlarını artıracağıq və mən buna daha çox diqqət yetirəcəyəm", - Müdafiə Nazirliyinin rəhbəri şənbə günü Lüblin şəhərində keçirdiyi mətbuat konfransında deyib.
"Təkcə kəmiyyət göstəriciləri deyil, həm də əməliyyat imkanları vacibdir", - Kosinyak-Kamış vurğulayıb. O, qeyd edib ki, ilk yoxlamalardan sonra "əsgərlərin təliminə və fərdi təchizatlarına diqqət yetirilməlidir".
Kosinyak-Kamış həmçinin əlavə edib ki, prinsipcə müqavilələrin (Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi tərəfindən yerli və xarici silah istehsalçıları ilə müqavilələr-red) qüvvədə olmasını müdafiə edir, lakin onları nəzərdən keçirir.
Nazir qeyd edib ki, o, həmçinin ilk növbədə Polşanın şərq hissəsində planlaşdırılmış hərbi hissələrin inkişafına tərəfdardır. "Biz hadisələrin istənilən inkişafına hazır olmalıyıq", - o deyib.
Bizim WhatsApp kanalımıza abunə olun