Antalyanın Manavgat vilayətində dənizdən iki meyit tapılıb.
Lent.az xəbər verir ki, bu barədə "Cumhuriyyet" saytı məlumat yayıb.
Taşağlı və Kızılot bölgəsində sahildə iki meyitin tapılması barədə Jandarmaya məlumat daxil olub.
Tanınmaz halda olan iki kişi meyiti müayinə olunması üçün morqa təhvil verilib.
Xatırladaq ki, üç gün əvvəl Çenger çimərliyində və Alanya çimərliyində iki cəsəd çürümüş vəziyyətdə tapılmışdı.