IMG-LOGO

Quterreş: Yaxın Şərqdə iki dövlət əsasında həll variantından imtina münaqişəni uzadacaq

21.01.2024 00:15 47 baxış
IMG

Bir sıra ölkələrin Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinin zəruriliyini tanımaq istəməməsi onu qeyri-müəyyən müddətə uzadacaq.

"Report" xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Uqandanın paytaxtı Kampalada Qoşulmama Hərəkatının sammitində çıxışı zamanı deyib.

"İsrail və Fələstin üçün iki dövlətli həll variantını tanımamaq qəbuledilməzdir. Bu, qlobal sülhə əsas təhlükəyə çevrilmiş münaqişəni qeyri-müəyyən müddətə uzadacaq. Həm də qütbləşməni dərinləşdirəcək”, - Baş katib bildirib.

A.Quterreş əmindir ki, fələstinlilərin öz dövlətlərini qurmaq hüququ hamı tərəfindən tanınmalıdır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti