IMG-LOGO

İtaliya İsrailə silah tədarükünü dayandırıb

20 Jan 2024 22:45 170 baxış
IMG

2023-cü ilin oktyabrında Qəzzada münaqişənin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri Antonio Tayani bildirib.

“Oktyabrın 7-dən sonra biz daha İsrailə silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur”, - A.Tayani deyib.

XİN rəhbəri bu bəyanatı İtaliya Demokrat Partiyasının lideri Elli Şleynin Yaxın Şərq münaqişəsini alovlandırmamaq üçün yəhudi dövlətinə silah göndərməmək çağırışları fonunda verib.

Bizim Telegram kanalımıza abunə olun

Mənbə: report.az

Xəbər lenti