İsrailin Suriyanın paytaxtı Dəməşqin qərbində bir binaya endirdiyi hava hücumu nəticəsində SEPAH-ın 4 zabiti həlak olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) açıqlamasında bildirib. Məlumata əsasən, həlak olanlardan biri SEPAH-ın kəşfiyyat briqadasının komandiri, general Yusif Ümidzadədir. Digərləri isə onun köməkçiləri, general Sadiq Omidzadə, Hac Golam Moharremdir. Yerdə qalan bir nəfərin adı açıqlanmayıb.
Bundan əlavə, binaya edilən hücumda Suriya hərbçilərinin də öldüyü bildirilir.
Qeyd edək ki, raket hücumu edilən ərazidə BMT-nin ofisi, bir neçə səfirlik və restoran yerləşir